Bakı - APA-Economics. "Türkiyəyə turist göndərişlərinə tələbat təklifi 10 dəfə üstələyir".
"APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın turist operatorları assosiasiyasının direktoru Maya Lomidze deyib.
Onun sözlərinə görə, turizm sahəsində məhdudiyyətlər aradan qaldırılandan sonra Türkiyə istiqamətində göndərişlərə tələbat kəskin artıb: "Şirkətlərə zəng edərək Türkiyə istiqamətində göndərişlərin qiymətləri ilə maraqlananların sayı təklif olunanlarla müqayisədə 10 dəfə çoxdur".