Şirvanda hemofiliyalı xəstələr üçün regional diaqnostika mərkəz açılıb - VİDEO

Şirvanda hemofiliyalı xəstələr üçün regional diaqnostika mərkəz açılıb - <span style="color: red;">VİDEO
# 29 iyul 2014 14:38 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynall-APA. Bu gün Şirvan şəhər Mərkəzi Xəstəxananın nəzdində Hemofiliyalı xəstələr üçün Regional Diaqnostika Mərkəzinin açılışı olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, mərkəzin yaradılması "2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə tədbirlər Proqramı"nın tərkib hissəsidir, rayonlararası kabinetlərin təşkil edilməsi xəstə vətəndaşların sağlamlığının qorunmasını nəzərdə tutur.

“Hemofiliya mərkəzlərinin potensialını təkmilləşdirmə, diaqnostika və pasientlərin maarifləndirmə yolu ilə qayğının desentralizasiyası” istiqamətində olan layihə Novo - Nordisk Hemofiliya Fondunun, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Layihənin həyata keçməsində Türkiyə Hemofiliya Dərnəyinin əməkdaşları və professor Bülent Zülfikarın dəstəyi olub. Layihə çərçivəsində tibb mütəxəssislərinə hemofiliya sahəsində biliklərin təkmilləşməsi ilə bağlı mühazirələr oxunub.

Qeyd olunub ki, Şirvanda hemofiliyalı xəstələr üçün yaradılan Regional Hemofiliya Mərkəzlərində çalışan tibb mütəxəssisləri ən müasir biliklərə yiyələniblər və hemofiliya vətəndaşlara keyfiyyətli xidmət göstərəcəklər. Yaradılmış kabinetlər müasir standartlara uyğun avadanlıqla təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR