MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının vaxtı müəyyənləşib

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının vaxtı müəyyənləşib
# 16 oktyabr 2015 06:14 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası gələn il aprelin 8-də Moskvada keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə şuranın ötən gün keçirilən iclasında qərar qəbul edilib.

İclasda MDB məkanında çoxtərəfli münasibətlərə dair aktual məsələlər, beynəlxalq gündəliyin əsas problemləri müzakirəyə çıxarılıb. BMT-nin 70 illiyi ilə və beynəlxalq terrorizmlə bağlı dövlət başçılarının bəyanatının layihəsi, həmçinin üzv ölkələrin dövlət başçılarının Çernobl AES-in 2016-cı ildə 30 illiyi ilə bağlı müraciətləri razılaşdırılıb və baxılması üçün gündəliyə salınıb.

Tədbirdə mədəniyyət və təhsil sahələrində əlaqələrin inkişafını nəzərdə tutan bir sıra sənədlər razılaşdırılıb. Nazirlər 2016-cı ildə MDB-nin 25 illiyi ilə bağlı tədbirlər planını müzakirə ediblər.


Görüşdə həmçinin hüquq-mühafizə, hərbi sahələrdə əməkdaşlıq müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR