Ştaynmayer: Rusiya və ABŞ arasında Suriya üzrə razılaşma “əsl ümid işığı”dır

Ştaynmayer: Rusiya və ABŞ arasında Suriya üzrə razılaşma “əsl ümid işığı”dır
# 11 sentyabr 2016 11:02 (UTC +04:00)

Bakı-APA. Rusiya və ABŞ arasında Suriya üzrə razılaşma münaqişənin tənzimlənməsi istiqamətində “əsl ümid işığı”dır.

APA-nın məlumatına görə, bunu “Welt am Sonntag’ qəzetinə müsahibəsində Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer bəyan edib.

Almaniya xarici işlər naziri deyib ki, hazırda əsas məsələ atəşkəsinin reallaşması və atəşkəsə riayət edilməsidir: “Bu, tezliklə Suriyada siyasi keçidlə bağlı danışıqlara zəmin yaratmağımız üçün vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR