İran prezidenti: "Günahkarlar tezliklə cəzalandırılmalıdır"

İran prezidenti: "Günahkarlar tezliklə cəzalandırılmalıdır"
# 06 yanvar 2016 22:32 (UTC +04:00)

Tehran.Süleyman Fərzəliyev-APA. İran prezidenti Həsən Ruhani Məhkəmə Sisteminin rəhbəri Sadiq Laricaniyə Səudiyyə Ərəbistanın diplomatik korpuslarına hücumla bağlı məktub ünvanlayıb.

APA-nın İran bürosunun məlumatına görə, H. Ruhani Səudiyyə Ərəbistanın Tehran və Məşhəddəki diplomatik korpusuna hücumla bağlı açılmış cinayət işinə tezliklə baxılmasını tələb edib.

“Cinayəti törədənlər cəzalandırılmalıdırlar ki, bundan sonra ölkənin təhlükəsizliyinə, mövqeyinə və iqtidarına zərbə vuran hərəkətlərin qarşısı həmişəlik alınsın”, məktubda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR