Sabah Nardaranın Abşeron küçəsinin Maştağa-Bilgəh avtomobil yolu ilə kəsişməsində qazıntı işləri aparılacaq

 Sabah Nardaranın Abşeron küçəsinin Maştağa-Bilgəh avtomobil yolu ilə kəsişməsində qazıntı işləri aparılacaq
# 04 mart 2016 15:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakının Sabunçu rayonu Nardaran qəsəbəsində aparılan abadlıq-quruculuq işləri çərçivəsində yeni su-kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar olaraq martın 5-də Abşeron küçəsinin Maştağa-Bilgəh avtomobil yolu ilə kəsişməsində qazıntı işləri aparılacaq.

“Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, işlər 3 gün müddətində davam edəcək.

İşlərin aparılacağı müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yəni, qazıntı işləri bir hərəkət istiqaməti üzrə aparılıb yekunlaşdırıldıqdan sonra, digər hərəkət istiqaməti üzrə davam etdiriləcək. Bu zaman işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılaraq və əks istiqamət üzrə hər iki tərəfə avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunacaq.

Abşeron küçəsinin Maştağa-Bilgəh avtomobil yolu ilə kəsişməsində sıxlığın yaranmaması üçün sürücülərdən alternativ yollardan istifadə etməkləri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR