İntiqam Əliyevin kassasiya şikayətinə baxılacaq

 İntiqam Əliyevin kassasiya şikayətinə baxılacaq
# 05 oktyabr 2015 07:27 (UTC +04:00)

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, şikayətə oktyabrın 7-də Ali Məhkəmənin hakimi İlham Cəfərovun sədrlik etdiyi iclasda baxılacaq.

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclasında İ. Əliyevin vəkilləri prosesin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Həmin qərardan isə vəkillər kassasiya şikayəti veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR