Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 27 yanvar 2016 10:30 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə-Göygöl avtomobil yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 13 radələrində qeydə alınıb.

İki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Sahil Hüseynov və 1987-ci il təvəllüdlü Elmin Kərimov müxtəlif bədən xəsarətləri alıblar. S. Hüseynov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Digər xəstəxanaya yerləşdirilən E. Kərimovun vəziyyəti isə normal qiymətləndirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR