"PAŞA Bank"ın Gürcüstandakı törəməsindən əldə etdiyi gəlir açıqlanıb

"PAŞA Bank"ın Gürcüstandakı törəməsindən əldə etdiyi gəlir açıqlanıb
# 04 fevral 2016 10:23 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "PASHA Bank Georgia" səhmdarlarının (benefisiarların) 2015-ci ilin yekunlarına dair əldə etdiyi dividendlərin həcmi açıqlanıb.

"APA-Economics" xəbər verir ki, "PASHA Bank Georgia"nın səhmdarı olan "PAŞA Bank" ASC dividend qismində 189 481,53 lari (120 946,0606 manat) əldə edib. Eyni zamanda, "PAŞA Holdinq" 4 901,81 lari (3 128,83 manat) qazanıb.

Maraqlı məqam ondan ibarətdir ki, "Ernst and Young" audit şirkətinin apardığı son auditə əsasən, "PASHA Bank Georgia"nın səhmlərinin 100%-i "PAŞA Bank" ASC-yə məxsusdur. Belə çıxır ki, "PAŞA Holdinq" "PASHA Bank Georgia"da səhmə sahib çıxıb. Dividendlərin bölgüsünə nəzər saldıqda məlum olur ki, holdinq "PASHA Bank Georgia"da 2,52%-lik səhm paketinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR