Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsinə ölüb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 28-də Sumqayıt şəhəri 6-cı mikrorayonda inşa edilən 13 mərtəbəli binada fəhlə işləyən Biləsuvar rayon sakini Məhəmməd Qurbanov 1-ci mərtəbədə olarkən beton daşı qırılaraq başına düşüb və o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.