Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 01 iyun 2016 09:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Samir Əliyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini Rəhim Orucovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR