NATO PA-nın iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparılacaq

NATO PA-nın iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparılacaq
# 27 may 2016 12:52 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclis sədrinin birinci müavini, NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev və Kamran Bayramov qurumun yaz sessiyasında iştirak etmək üçün mayın 27-dən iyunun 1-dək Albaniyanın paytaxtı Tirana şəhərində səfərdə olacaqlar.

Parlamentdən APA-ya verilən məlumata görə, yaz sessiyası çərçivəsində qurumun Təhlükəsizliyin mülki ölçüsü, İqtisadiyyat və təhlükəsizlik, Siyasi, Müdafiə və təhlükəsizlik, Elm və texnologiya komitələrində dünyadakı vəziyyətin ən aktual məsələlərinə diqqət yetiriləcək. İclasda Ziyafət Əsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda çıxış edəcək, aprel ayında Ermənistanın təxribatı nəticəsində qoşunların təmas xəttində baş vermiş gərginlik və hazırkı durum barədə parlamentarilərə ətraflı məlumat verəcək.

Qurumun yaz sessiyasında terrorçuluğa qarşı mübarizədə Avroatlantik imkanların və əməkdaşlığın gücləndirilməsi, transatlantik təhlükəsizliyə büdcə təsirlərindən doğan yeni çağırışlar, yeni müdafiə imperativləri, Varşava üçün Uels öhdəliklərinin və perspektivlərinin həyata keçirilməsi, müttəfiqlərin hava desant qüvvələrinin gələcəyi və digər mövzularda baş məruzə layihələri təqdim olunacaq.

Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun Albaniya parlamentinin spikeri İlir Meta və xarici işlər naziri Ditmir Buşati ilə görüşləri də nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR