Zaqatalada evdə yanğın olub

Zaqatalada evdə yanğın olub
# 27 yanvar 2016 10:49 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda fərdi yaşayış evində yanğın olub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın bu gün saat 12:00 radələrində rayonun Yuxarı Tala kəndində, kənd sakini Zeynalabid Qurbanova məxsus, ümumi sahəsi 234 kv/m olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb.

Yanğın nəticəsində evin ikinci mərtəbəsində 36 kv/m-lik bir otağın yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-in Zaqatala rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR