FHN “Günəşli” yatağında yanğının söndürülməsi və itkin düşənlərin axtarışını davam etdirir

FHN “Günəşli” yatağında yanğının söndürülməsi və itkin düşənlərin axtarışını davam etdirir
# 03 yanvar 2016 14:31 (UTC +04:00)

Bakı - APA. “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürmə gəmiləri fasiləsiz olaraq özüldəki yanğının söndürülməsi, aidiyyəti qurumlarının qüvvələri isə itkin düşənlərin axtarış işlərini həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR