Alişer Usmanov "Arsenal"dakı payını 30%-ə çatdırıb

Alişer Usmanov "Arsenal"dakı payını 30%-ə çatdırıb
# 27 fevral 2016 06:47 (UTC +04:00)

Bakı - APA. Rusiyalı milyarder Alişer Usmanov Londonun "Arsenal" futbol klubundakı payını 30,04%-ə çatdırıb.

APA-nın "Daily Mail" nəşrinə istinadən verdiyi xəbərə görə, biznesmen əlavə olaraq kluba məxsus 18 min səhmi alıb.

A. Usmanov "Arsenal"ın səhmdarları sırasına 2007-ci ildə daxil olub. O zaman rusiyalı milyarder 14,58% səhm paketinə sahiblənib.

Klubun əsas səhmdarı 67%-lik səhm paketinə nəzarət edən amerikalı biznesmen Stena Kronkedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR