Azərbaycan Beynəlxalq İnformasiya-Kommunikasiya Sərgi-Forumunda təmsil olunub

Azərbaycan Beynəlxalq İnformasiya-Kommunikasiya Sərgi-Forumunda təmsil olunub
# 20 aprel 2016 16:08 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə dövlət, özəl və qeyri-hökumət təşkilatlarından ibarət 40-a yaxın Azərbaycan nümayəndə heyəti Belarusun paytaxtı Minskdə cari ilin 19-22 aprel tarixlərində keçirilən "TİBO-2016" Beynəlxalq İnformasiya-Kommunikasiya Sərgi-Forumunda iştirak edib.


Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, 23-cü dəfə təşkil olunan "TİBO-2016" ixtisaslaşmış sərgisi Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur.

Tədbirin açılış mərasimində Belarusun baş naziri Andrey Kobyakov, rabitə və informasiyalaşdırma naziri Sergey Popkov, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, eləcə də, digər ölkələrin sahə üzrə rəhbər şəxsləri iştirak edib.

Sərgidə təşkil olunan VİP-tur çərçivəsində rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə yaxından tanış olublar.

Bundan başqa, sərgi çərçivəsində Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Belarusun Rabitə və İnformasiyalaşdırma Nazirliyi arasında hər iki ölkənin informasiya texnologiyaları üzrə şirkətlərinin iştirakı ilə 3-cü Belarus-Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) Forumu keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR