İŞİD yaralı Suriya sakinlərini silahdaşları ilə dəyişməyi təklif edib

İŞİD yaralı Suriya sakinlərini silahdaşları ilə dəyişməyi təklif edib
# 23 iyul 2016 21:51 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının üzvləri Suriyanın Manbic şəhərinin yaralı sakinlərini öz silahdaşlarına dəyişdirilməsi ilə bağlı danışıqlar aparırlar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Mayədin” telekanalı məlumat yayıb. Məlumata görə, şəhər sakinləri terrorçuların girovuna çevriliblər.

Telekanal qeyd edir ki, hava zərbələri zamanı terrorçular Manbic sakinlərini “canlı sipər” qismində istifadə edirlər. Hələb əyalətinin qərbində yerləşən Manbic şəhərinin azad olunması istiqamətində bir ay əvvəl başlayan əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR