Lavrov və Kerri Suriya ilə bağlı müzakirə aparıb

Lavrov və Kerri Suriya ilə bağlı müzakirə aparıb
# 14 sentyabr 2016 20:27 (UTC +04:00)

Bakı-APA. Bu gün ABŞ Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner bildirib.

Tərəflər Suriyada vəziyyəti müzakirə edərək qənaətə gəliblər ki, ölkədə tətbiq edilən atəşkəs rejiminə ümumilikdə əməl olunur.

“Hökumət qoşunları və müxalifət tərəfindən atəşkəs rejiminin pozulması halları qeydə alınsa da, ümumilikdə atəşkəsə riayət olunur”, deyə M.Toner qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR