Salyanda yük maşını mikroavtobusla toqquşaraq körpüdən aşıb, xəsarət alanlar var - VİDEO

Salyanda yük maşını mikroavtobusla toqquşaraq körpüdən aşıb, xəsarət alanlar var - <span style="color: red;">VİDEO
# 28 oktyabr 2015 11:56 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ələt-Astara magistral yolunun 52-ci kilometrliyində, Kür çayı üzərindəki körpünün ütündə qeydə alınıb. Yevlax rayon sakini, 1959-cu il təvəllüdlü Şahin Cəlil oğlu Nağıyev idarə etdiyi "Mercedes" markalı yük maşını ilə hərəkətdə olarkən Salyan rayon sakini, 1958-ci il təvəllüdlü Həmid Gülbala oğlu Həmidovun idarə etdiyi mikroavtobusla toqquşub. Nəticədə yük maşını idarəetməni itirərək 15 metr hündürlükdən dərəyə yuvarlanıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücülər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR