Rusiya idman naziri: Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasını buraxmaq lazımdır

Rusiya idman naziri: Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasını buraxmaq lazımdır
# 19 iyun 2016 11:48 (UTC +04:00)

Bakı-APA. “Bütün məsuliyyəti Ümumrusiya Yüngül Atletika Federasiyasının üzərinə qoyan Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasını buraxmaq lazımdır”.

APA-nın məlumatına görə, bunu Rusiya idman naziri Vitaliy Mutko “R-Sport”-a müsahibəsində bildirib.

Qeyd edək ki, iyunun 17-də Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası rusiyalı atletlərin dopinqdən çoxsaylı istifadə halları ilə əlaqədar Ümumrusiya Yüngül Atletika Federasiyasını və rusiyalı atletləri beynəlxalq yarışlardan kənarlaşdırmaqla bağlı qərarını qüvvədə saxlayıb. Beynəlxalq Olimpiya Komitəsi iyunun 1-də xüsusi iclas keçirəcək. İclasda ayrı-ayrı idmançılara fərdi yanaşmanın, yoxsa kollektiv məsuliyyətin əsas götürülməli olduğu müzakirə ediləcək. Bundan əvvəl Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax Rusiyanın yığmasının ümumilikdə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarından kənarlaşdırılması variantını mümkün sayıb.

V. Mutko isə deyib ki, əgər Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının prezidenti rüşvət almaqda və idmançıların qan nümunələrini gizlətməkdə günahlandırılırsa, cinayət təqibi ilə üzləşibsə, Yüngül Atletika Federasiyaları Assosiasiyasını buraxmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR