İjevskdə “Nə? Harada? Nə zaman?” intellektual oyununun çempionatı baş tutub - FOTOSESSİYA

İjevskdə “Nə? Harada? Nə zaman?” intellektual oyununun çempionatı baş tutub  - <span style="color: red;">FOTOSESSİYA
# 17 oktyabr 2015 13:24 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İjevsk şəhərinin Xalqlar Dostluğu Evində “Nə? Harada? Nə zaman?” oyununun 40 illiyi münasibətilə intellektual idman oyununun açıq çempionatı keçirilib.

Beynəlxalq Avrasiya Mətbuat Fondundan (BAMF) APA-ya verilən məlumata görə, açılış mərasimində Udmurtiya Respublikasının milli siyasət naziri Larisa Nikolayevna Buranova, Xalqlar Dostluğu Evinin direktor müavini Larisa Vladimirovna Soloninko, “Dostluq” Azərbaycan Diasporasının rəhbəri Zülfüqar Mirzəyev idmançılara uğurlar arzulayıb.

Yarışda respublikanın milli-mədəni birliklərindən ibarət 17 komandanın tərkibində ümumilikdə 100-dən çox mütəxəssis iştirak edib.

Təşkilatçılar bildirib ki, tədbir milli vətənpərvərlik və qürur hisslərinin formalaşması, hər bir xalqın, xalqlar arası dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verməsi məqsədilə təşkil edilib.

Final oyunlarından sonra ən yaxşı bilik komandalarının adları məlum olub. Birinci yeri Udmurtiya Respublikası Yəhudi İctimai Mədəniyyət Mərkəzinin komandası “Kip- İj”, ikinci yeri Udmurtiya Respublikası Milli Siyasət Nazirliyinin komandası “Minnats UR”, üçüncü yeri isə Udmurtiya Respublikası Kryaşen (tatar) Milli Mədəni Mərkəzinin Komandası “Vse po QOSTu” tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR