Aşıqlar Birliyi Azər Xanlaroğluna maddi köməklik edəcək

Aşıqlar Birliyi Azər Xanlaroğluna maddi köməklik edəcək
# 03 mart 2016 15:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Aşıqlar Birliyi aşıq Azər Xanlaroğluna maddi köməklik edəcək. Bu barədə APA-ya birliyin sədri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı məlumat verib.

Onun sözlərinə görə, birliyin katibliyi Novruz bayramı ərəfəsində digər xəstə aşıqlara da baş çəkəcək, problemləri ilə maraqlanacaq: “Əlimizdə olan imkanlar səviyyəsində aşıq Azər Xanlaroğluna maddi köməklik edəcəyik, onun səhhəti ilə daha yaxından maraqlanacağıq. Bundan başqa, Qobustanda 96 yaşlı ustad aşıq Xanmusa Musayev xəstədir, biz ona da köməklik edəcəyik”.

Qeyd edək ki, Aşıq Azər Xanlaroğlu bir neçə ildir hepatitdən əziyyət çəkir və yataq xəstəsidir. Onun müalicəsi üçün adına bank hesabı açılıb. Azər Xanlaroğlu Azərbaycanın tanınmış aşığı Xanlar Məhərrəmovun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR