Rusiya Dövlət Dumasına keçirilən seçkilərin yekun nəticələri açıqlanıb

Rusiya Dövlət Dumasına keçirilən seçkilərin yekun nəticələri açıqlanıb
# 23 sentyabr 2016 09:00 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Mərkəzi Seçki Komissiyası Dövlət Dumasına keçirilən seçkilərin yekun nəticələrini elan edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, MSK katibinin müavini Nikolay Bulayev Vahid Rusiya Partiyasının 343 deputat mandatı qazandığını söyləyib.


İkinci yerdə 42 mandatla Kommunist Partiyası, üçüncü sırada 39 mandatla Liberal Demokrat Partiyası, dördüncü pillədə isə 23 mandatla “Ədalətli Rusiya” Partiyası gəlir.

N. Bulayevin sözlərinə görə, Dövlət Dumasında "Vətəndaş Platforması" və “Rodina” partiyalarından bir nəfər deputat da olacaq. O, 18 sentyabrda keçirilən seçkilərdə Rusiya üzrə seçici fəallığının 47,88 faiz təşkil etdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR