Azərbaycan prezidenti “Microsoft Corporation” şirkətinin vitse-prezidenti ilə görüşüb

Azərbaycan prezidenti “Microsoft Corporation” şirkətinin vitse-prezidenti ilə görüşüb
# 21 yanvar 2016 12:20 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sisteminin uğurla inkişaf etdiyi və bu sahənin böyük önəm daşıdığı qeyd olunub, “Microsoft Corporation” şirkətinin Azərbaycanda bu sahəyə böyük diqqət yetirdiyi məmnunluqla vurğulanıb.

Söhbət zamanı həmçinin Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin mühüm rol oynadığı qeyd edilib, bu baxımdan təhsilin, kosmik sənayenin prioritet sahələr olduğu bildirilib. Eyni zamanda Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə kənd təsərrüfatı sahəsində pilot layihələrin həyata keçirildiyi qeyd edilib.

Görüşdə Azərbaycanla “Microsoft Corporation” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR