Çində baş verən zəlzələ nəticəsində 192 ev dağılıb

Çində baş verən zəlzələ nəticəsində 192 ev dağılıb
# 19 may 2016 02:19 (UTC +04:00)

Bakı-APA. Çinin Yunyan əyalətində 5,0 və 4,6 bal gücündə iki yeraltı təkan qeydə alınıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 192 ev dağılıb, ümumilikdə 38 tikiliyə ziyan dəyib.

Zəlzələ zamanı ölən olmasa da, 2 nəfər yaralanıb. 7 minə yaxın insan evlərindən təxliyə olunub. Çin hökuməti təbii fəlakət nəticəsində zərərçəkənlərə yardım göstəriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR