Polşa prezidentinin təyyarəsinin 6 il əvvəl Rusiyada qəzaya uğraması AŞPA-da müzakirə olunacaq

Polşa prezidentinin təyyarəsinin 6 il əvvəl Rusiyada qəzaya uğraması AŞPA-da müzakirə olunacaq
# 03 mart 2016 15:35 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, tədbirlərdə Azərbaycanı təşkilatdakı daimi nümayəndə heyətinin üzvləri, parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Elxan Süleymanov, Vüsal Hüseynov və Müslüm Məmmədov iştirak edəcəklər.

İclaslarda Avropa institutlarının şəffaflığı, dinc nümayişlər zamanı insan hüquqları pozuntularının qarşısının alınması, Polşa prezidentinin rəhbərliyi ilə nümayəndə heyətini daşıyan TU-154 təyyarəsinin 2010-cu ilin 10 aprel tarixində Rusiya ərazisində qəzaya uğraması, İnternetdə fikir azadlığı, Mədəniyyət və demokratiya, Şərqi və Mərkəzi Avropada regional dillərin təbliği, Gənclər korrupsiyaya qarşı və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Milli Məclisin deputatları müzakirə olunacaq məsələlər barədə çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR