Kaliforniya universitetində atəş açan şəxs intihar edib - YENİLƏNİB

Kaliforniya universitetində atəş açan şəxs intihar edib - <span style="color: red;">YENİLƏNİB
# 01 iyun 2016 21:50 (UTC +04:00)

Bakı-APA. Los-Ancelesdə, Kaliforniya universitetində atəş açan şəxs intihar edib.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bunu Los-Anceles polisinin başçısı Çarlz Bak bəyan edib.

“Universitet fəaliyyətini davam etdirir, heç bir narahatlıq yoxdur”, deyə Ç.Bak bildirib.

Bu gün yerli vaxtla saat 10:00 radələrində Kaliforniya universitetinin yataqxanası qarşısında baş verən silahlı insident nəticəsində 2 nəfər ölüb. Ölənlərin ikisi də kişidir. Onların adları hələ ki, açıqlanmır.

***

23:03

Bakı-APA. ABŞ-ın Los-Anceles şəhərində silahlı insident baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Kaliforniya Universitetində qeydə alınıb.

İlkin məlumata əsasən, naməlum silahlı təhsil ocağının ərazisində yerləşən yataqxananın qarşısında 2 nəfəri güllələyib. Ölənlərin kimliyi hələ ki, açıqlanmır. Hazırda yerli polis cinayətkarın axtarışı ilə məşğuldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR