Balakəndə quldurluq edən şəxs yaxalanıb

Balakəndə quldurluq edən şəxs yaxalanıb
# 26 may 2016 09:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Balakəndə evə basqın edən şəxs tutulub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də rayon sakini Eldar Qurahilovun yaşadığı evə girib, ona bıçaqla əl nahiyəsindən xəsarət yetirərək oradan 27 manat pul aparan Qurban Ağammədov yaxalanıb. Aparılmış əməliyyat tədbirləri ilə onun mayın 23-də rayon sakini Sanur Balaşovanın evinə girib, onu döyməsi və bıçaqla hədələyərək 65 manat pul aparması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR