Bakı-Aktau-Bakı marşrutu üzrə daşınan yük avtomobillərinin sayı 7 dəfədən çox artıb

Bakı-Aktau-Bakı marşrutu üzrə daşınan yük avtomobillərinin sayı 7 dəfədən çox artıb
# 09 mart 2016 13:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2016-cı ilin yanvar-fevral aylarında Bakı-Aktau-Bakı istiqaməti üzrə daşınan yük avtomobillərinin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 7,3 dəfə artıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının www.transit.az portalının təqdimatında bildirilib.

Qeyd olunub ki, 2015-ci ilin yanvar-fevral ayları ərzində Bakı-Aktau-Bakı istiqaməti üzrə 217 yük avtomobili dəhlizdən istifadə etdiyi halda, 2016-cı ilin analoji dövründə avtomobillərin sayı 7,3 dəfə artaraq 1 582 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR