Ağcabədi telekommunikasiya qovşağına məxsus kabeli oğurlayan şəxs saxlanılıb

Ağcabədi telekommunikasiya qovşağına məxsus kabeli oğurlayan şəxs saxlanılıb
# 26 may 2018 10:28 (UTC +04:00)

Ağcabədidə oğurluqda təqsirli bilinən şəxs saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində B.Baxışova məxsus yardımçı təsərrüfatdan 5 baş qoyun və Ağcabədi telekommunikasiya qovşağına məxsus dayaqlararası rabitə kabelinin 460 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakini Qurbanəli Əsgərzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR