Elmar Məmmədyarov: “Braziliya ilə münasibətləri dərinləşdirmək barədə razılığa gəlmişik”

Elmar Məmmədyarov: “Braziliya ilə münasibətləri dərinləşdirmək barədə razılığa gəlmişik”
# 15 noyabr 2017 10:30 (UTC +04:00)

“Braziliya ilə münasibətləri dərinləşdirmək barədə razılığa gəlmişik. Ötən 6 ay ərzində ticarət dövriyyəsinin həcmi 160 milyon dollar olub. Bu, qaneedici deyil. Qərara gəlmişik ki, bu həcmi genişləndirək”.

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, hər iki ölkə Qoşulmama Hərəkatının üzvüdür və qətnamə layihələrinə eyni şəkildə səs verir: “Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə apardıq. 1993-cü ildə qətnamələr qəbul edilərkən Braziliya BMT Təhlükəsizlik Şurasının üzvü idi. Qətnamələrin hələ də yerinə yetirilməməsi ciddi problemdir”.

E. Məmmədyarov gələn il Bakıda iki ölkə arasında siyasi, Braziliyada isə iqtisadi mövzularda məsləhətləşmələr keçiriləcəyini söyləyib: “Gələn ilin aprelində Azərbaycanda Qoşulmama Hərəkatının nazirlər səviyyəsində görüşü olacaq. Braziliya da ora dəvət olunub. Bu gün ADA Universiteti ilə Braziliyanın müvafiq universiteti arasında saziş imzalanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR