Çayda avtomobilin içində köməksiz qalan 4 nəfər xilas edilib

Çayda avtomobilin içində köməksiz qalan 4 nəfər xilas edilib
# 02 iyun 2018 16:07 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Şamaxı rayonu, Ağsuçay çayının Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində 4 nəfər UAZ markalı minik avtomobilinin içərisində köməksiz vəziyyətdə qalıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar vətəndaşların xilas olunmasını təmin ediblər və əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR