ATƏT/DTİHB Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı yekun hesabatını açıqlayıb

ATƏT/DTİHB Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı yekun hesabatını açıqlayıb
# 18 iyul 2018 12:58 (UTC +04:00)

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTIHB) Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı yekun hesabatını açıqlayıb.

APA-nın məlumatına görə, nəticələrlə bağlı ilk rəy seçkilərdən bir gün sonra - aprelin 12-də elan olunub.

Yekun hesabatda bildirilir ki, seçki qanunvericiliyi növbəti seçkilərdən əvvəl beynəlxalq standart və öhdəliklərə uyğunlaşdırılmalı, Konstitusiya ilə qorunan hüquq və azadlıqlar təmin edilməli, qanunvericilikdəki boşluq və qeyri-müəyyənliklər aradan qaldırılmalıdır: “Qərəzsizliyi və seçki işlərinə olan etimadı artırmaq məqsədilə seçki komissiyalarının tərkibində dəyişiklik edilməlidir”.


Hesabatda seçici siyahısının yoxlanılması, toplantılar keçirmək üçün lazımsız məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tövsiyələr də yer alıb.

Qeyd edək ki, ATƏT/DTİHB-nin seçki müşahidə missiyası martın 9-dan Azərbaycanda fəaliyyətə başlayıb. Missiyanın rəhbəri Koryen Yonker olub. Seçki prosesini izləmək üçün 30 uzunmüddətli və səsvermə gününü izləmək üçün 280 müşahidəçi Bakıya gəlib.

Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR