Sabah Xəzər rayonunun bəzi qəsəbələrində qaz təchizatı məhdudlaşdırılacaq

Sabah Xəzər rayonunun bəzi qəsəbələrində qaz təchizatı məhdudlaşdırılacaq
# 16 yanvar 2017 13:57 (UTC +04:00)

Sabah Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, yanvarın 17-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə” (Xaşa-xuna) və “Zeytun” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Xaşaxuna Bağ massivi, Şüvəlan və Qala qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR