Bakıda baş verən qəzada biri hamilə qadın olmaqla 3 nəfər xəsarət alıb

Bakıda baş verən qəzada biri hamilə qadın olmaqla 3 nəfər xəsarət alıb
# 26 noyabr 2019 17:50 (UTC +04:00)

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən APA-ya verilən mnəlumata görə, bu gün saat 13:46-da təcili yardıma Nərimanov rayonu Ağa Neymətulla küçəsində avtomobil qəzası baş verməsi barədə məlumat daxil olub. Hadisə yerindən 25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR