ABŞ-da sərxoş sürücü 9 nəfəri vurub

ABŞ-da sərxoş sürücü 9 nəfəri vurub
# 30 yanvar 2017 18:03 (UTC +04:00)

ABŞ-ın Kentukki ştatında ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Luisvill şəhərində qeydə alınıb.

Sərxoş sürücü avtomobil dayanacağında 9 piyadanı vurub. Hadisə nəticəsində 2 nəfər hadisə yerində ölüb, daha 7-si xəstəxanaya yerləşdirilib. Yaralıların həyatlarına təhlükə olmadığı bildirilir.

Sürücü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR