SOCAR Bakı-Novorossiysk neftin nəqlini bir ildə 17%-ə qədər azaldıb

SOCAR Bakı-Novorossiysk neftin nəqlini bir ildə 17%-ə qədər azaldıb
# 04 iyun 2018 08:15 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında SOCAR Bakı-Novorossiysk boru kəməri ilə 478,9 min ton neft nəql edib.

APA-Economics”in “İnterfax” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.

Məlumatda deyilir ki, “Trnasneft” şirkətinin sistemi ilə bu ilin yanvar-mat ayları ərzində Azərbaycandan Novorossiysk limanına 478,9 min ton neft nəql edilib. Bunun 80 min tonu may ayında ixrac edilib.

2017-ci ilin yanvar may ayında Bakı-Novorossiysk boru kəməri ilə nəql edilən Azərbaycan neftinin həcmi 573,8 min ton təşkil edib. Beləliklə, 2018-ci ilin yanvar-may aylarında Şimal boru kəməri ilə Azərbaycan neftinin nəqli 16,6% azalıb.

Qeyd edək ki, 2017-ci ildə SOCAR Bakı-Novorossisysk boru kəməri ilə ümumilikdə 1 mln. 498,1 min ton nəql edib. Azərbaycan 1997-ci ildən Bakı-Novorossiysk boru kəməri ilə neft nəql edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR