Poroşenko, Merkel və Olland Rusiyanın iştirakı olmadan danışıqlar aparacaqlar

Poroşenko, Merkel və Olland Rusiyanın iştirakı olmadan danışıqlar aparacaqlar
# 14 oktyabr 2016 04:59 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko və Almaniya kansleri Anqela Merkel Fransa prezidenti Fransua Ollandın iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə dair razılığa gəliblər.

APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Poroşenkonun rəsmi saytında bildirilir.

Rusiya tərəfinin görüşdə iştirak etməyəcəyi qeyd edilir.

Poroşenko və Merkel arasında keçirilən görüşdə Donbasdakı vəziyyət müzakirə olunub və təmas xəttində ATƏT-in daimi müşahidə məntəqələrinin yerləşdirilməsinin vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR