“Qəbələ”nin titul sponsoru müəyyənləşib

“Qəbələ”nin titul sponsoru müəyyənləşib
# 31 yanvar 2020 12:16 (UTC +04:00)

Ötən ilin sonu “Jalə” brendi ilə sponsorluq anlaşmasına imza atan “Qəbələ” İdman Klubu ölkəmizin daha bir tanınmış markası ilə əməkdaşlığa start verib.

Komandadan apasport.az saytına verilən məlumata görə, süd məhsulları istehsalında lider marka olan “Milla” brendi artıq əyalət klubunun titul sponsoru olub.

“Qəbələ” İdman Klubu ilə “Milla” arasındakı sponsorluq razılaşması 2020-2021-ci illəri əhatə edəcək. Razılaşmaya əsasən, əsas komandanın oyun formalarının ön hissəsində “Milla” brendinin loqosu əks olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR