Mayda Azərbaycan Türkiyəyə qaz ixracını 1% artırıb

Mayda Azərbaycan Türkiyəyə qaz ixracını 1% artırıb
# 27 iyul 2018 10:04 (UTC +04:00)

Bu ilin may ayında Azərbaycandan Türkiyəyə 601,3 mln. kubmetr təbii qaz ixrac edilib.

"APA-Economics" Türkiyənin Enerji Bazarının Tənzimlənməsi üzrə Qurumunun təqdim etdiyi statistikaya istinadən xəbər verir ki, bu, 2017-ci ilin may ayının göstəriciləri ilə müqayisədə 1,04% çoxdur. 2017-ci ilin may atında bu göstərici 595,1 min kubmetr təşkil edib.

Türkiyənin Azərbaycandan idxal etdiyi təbii qazın ümumi ixracdakı payı 19,98% təşkil edir. Azərbaycan Türkiyəyə daha çox təbii qaz ixrac edən ikinci ölkədir.

Ümumilikdə isə bu ilin may ayında Türkiyə 3,008,82 mlrd. kubmetr təbii qaz idxal edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 19,29% azdır. Ötən ilin mayında qardaş ölkə ümumilikdə 3 mlrd. 727,77 mln. kubmetr qaz alıb.

Hesabat dövründə Türkiyə Rusiyadan 1,353 06 mlrd. kubmetr, İrandan 499,82 min. kubmetr qaz alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR