Azərbaycanda turizm şirkətinin rəhbəri külli miqdarda dələduzluqda günahlandırılır

Azərbaycanda turizm şirkətinin rəhbəri külli miqdarda dələduzluqda günahlandırılır
# 22 iyul 2015 10:46 (UTC +04:00)

Hüquq mühafizə orqanlarından APA-ya verilən məlumata görə, “İnter Travel” şirkətinin direktoru, Ağdam rayon sakini, 1981-ci il təvəllüdlü Elnur İsmayıl oğlu Əliyevin etibardan sui-istifadə etməsi ilə bağlı onlara ərizə verilib.

Ərizədə iddia olunur ki, cari ilin fevral-iyul aylarında İ. Əliyev etibardan sui-istifadə edərək İran İslam Respublikasının vətəndaşı Taleh Kərim oğlu Mahmmouididən 4500 manat alaraq qaytarmayıb. Bundan başqa, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Səməd Hacı oğlu Əzizovdan 2800 manat, 1982-ci il təvəllüdlü İsa Ənvər oğlu Əliyevdən 3600 manat, İradə Valeh qızı Quliyevadan 3268 manat, 1983-cü il təvəllüdlü Rauf Vidadi oğlu Xəlilovdan 1470 manat, 1991-ci il təvəllüdlü Günel Əbdülhüseyn qızı Gülhüseynovadan 1700 manat, 1971-ci il təvəllüdlü Xaliq Ramazan oğlu Bağırovdan 4500 manat, 1990-cı il təvəllüdlü Elman Bəylər oğlu Xanlarovdan 4200 manat, 1980-ci il təvəllüdlü Ağa Əli oğlu Abbasovdan 5200 manat, Xırdalan şəhər sakini, Fərhad Kərimovdan 1500 manat alaraq qaytarmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR