Göygöldə partlamamış hərbi sursat aşkarlanıb

Göygöldə partlamamış hərbi sursat aşkarlanıb
# 06 aprel 2018 17:39 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Göygöl rayonu, Quşqara kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə çay dərəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 120 mm-lik top mərmisi (3OF-49) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843), 1 ədəd boş giliz və 1 ədəd partlamış mərmi qalığı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 5 000 kv.m əraziyə yerüstü və 100 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR