Rusiyada yol qəzasında dörd nəfər ölüb

Rusiyada yol qəzasında dörd nəfər ölüb
# 27 yanvar 2017 06:26 (UTC +04:00)

Rusiyanın Perm vilayətində minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində 4 nəfər ölüb.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, qəza dünən axşam baş verib.

Magistral yolda "Nissan" markalı minik avtomobili ilə "Scania" markalı yük maşınının toqquşması nəticəsində minik avtomobilinin sürücüsü və iki sərnişini hadisə yerində ölüb. "Nissan"ın daha bir sərnişini - 1974-cü il təvəllüdlü qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən minik avtomobili qarşı yola çıxaraq yük avtomobili ilə toqquşub.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR