Rusiya XİN Polad Bülbüloğluna təşəkkür edib - FOTO

Rusiya XİN Polad Bülbüloğluna təşəkkür edib - FOTO
# 27 dekabr 2019 16:26 (UTC +04:00)

Moskvada akkreditə olunan xarici ölkələrin səfirləri ilə görüş keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbir P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında baş tutub.

Görüşdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsinin rəis müavini Georgi Kuznetsov Moskvadakı diplomatik korpusun duayeni, Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğluna təşəkkür məktubu təqdim edib.

Azərbaycan səfirinə təşəkkür məktubu paytaxtın diplomatik korpusunun həyatında daim parlaq hadisələrə çevrilən mədəni tədbirlərin təşkili və hazırlanmasında Rusiya XİN-in Dövlət Protokolu İdarəsinə göstərilən hər cür köməkliyə görə təqdim olunub.

Məktubda qeyd olunub ki, 2019-cu ildə Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri Rusiyanın siyasi və mədəniyyət qurumları ilə fəal əməkdaşlıq edib.

Bildirilib ki, bu vacib təşəbbüsə diplomatik korpus üzvlərinin cəlb olunmasında şəxsən Polad Bülbüloğlu, eləcə də rəhbərlik etdiyi Azərbaycan səfirliyinin heyəti mühüm rol oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR