Türkiyədə qədim məskənlərə aid arxeoloji qalıqlar aşkarlanıb

Türkiyədə qədim məskənlərə aid arxeoloji qalıqlar aşkarlanıb
# 28 noyabr 2017 18:08 (UTC +04:00)

Türkiyənin Kayseri əyalətində tunc dövrə aid 12 mindən çox gil lövhəciklər aşkarlanıb.

APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, tapıntılar bu ərazilərdə qədim Assuriya ticarət məskənlərinin olduğunu işarə edir.

“Biz müəyyən etmişik ki, lövhəciklərin 4 mindən çox yaşı var. Yazılarda Mərkəzi Anadoluda indiki İraq ərazisindən gəlmiş assuriyalı tacirlərin yaşadığı qeyd olunub”, deyə arxeoloji ekspedisiyanın rəhbəri Əli Hortaçsu “BirGun” nəşrinə bildirib.

Aşkarlanmış arxeoloji qalıqlarda mallar, tacirlər arasında sövdələşmələr və digər maliyyə əməliyyatlar barədə məlumatlar əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR