SOCAR-ın Gürcüstandakı terminalından neft məhsullarının nəqli azalıb

SOCAR-ın Gürcüstandakı terminalından neft məhsullarının nəqli azalıb
# 03 aprel 2018 11:23 (UTC +04:00)

Gürcüstanda SOCAR-a məxsus Kulevi Neft Terminalından neft məhsullarının nəqli azalıb.

APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, bu ilin yanvar-fevral aylarında terminal 0,2 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb. Bu həcm ötən ilin eyni göstəricisi ilə müqayisədə 0,1 mln. ton azdır.

Hesabat dövründə Gürcüstanın dəniz liman və terminallarında, ümumilikdə 1,5 mln. ton yük emal edilib. Bu yüklərin 0,6 mln. tonu Batumi limanı, 0,7 mln. tonu isə Supsa neft terminalının payına düşüb.

Yanvar-fevral aylarında Poti və Batumi dəniz limanlarında emal olunmuş yük konteynerlərinin sayı illik müqayisədə 1 122 ədəd artaraq 65 646 ədəd təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR