Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
# 17 noyabr 2016 11:54 (UTC +04:00)

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Atatürk və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində Gəncə sakini, 1991-ci il təvəllüdlü Sənan Zeynalovun İdarə etdiyi “Niva” və Samux rayonu, Lək kənd sakini 1958-ci il təvəllüdlü Fikrəddin İsmayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”-ın sürücüsü və onun həmkəndlisi, 1976-cı il təvəllüdlü Şamil Qasımov ağır bədən xəsarətləri alıblar, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətlərinin ortaağır olduğu bildirilir.

Məlumata görə qəzaya səbəb işıqforun işləməməsi olub.

Faktla bağlı Gəncə şəhər Baş Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR