Azərbaycanın üç rayonunun qaz təchizatı məhdudlaşdılır

Azərbaycanın üç rayonunun qaz təchizatı məhdudlaşdılır
# 10 sentyabr 2015 18:49 (UTC +04:00)

Bakı - APA-Economics. Sentyabrın 11-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta” və Siyəzən magistral qaz kəmərləri sahəsinin “Şurabad” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.


SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyindən "APA-Economics"ə verilən məlumata görə, təmir müddətində Qaradağ rayonunun Korgöz və Qızıldaş qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Siyəzən və Xızı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR