“YouTube”-nin mənzil-qərargahında atışma törədən qadın öldürülüb - YENİLƏNİB

“YouTube”-nin mənzil-qərargahında atışma törədən qadın öldürülüb  - <span style="color: red;">YENİLƏNİB
# 03 aprel 2018 23:58 (UTC +04:00)

“YouTube”-nin Kaliforniyadakı mənzil-qərargahında atışma törədən qadın öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə MSNBC telekanalı məlumat yayıb.

Məlumata görə, atışma qara geyimli, üzü bağlı qadın tərəfindən törədilib.

ABC telekanalının məlumatına görə, Stenford xəstəxanasına 5-dək yaralı yerləşdirilib. San-Fransisko mərkəzi xəstəxanasına da “YouTube”nin bir neçə işçisinin daxil olduğu bildirilir.

Bəzi mənbələr binaya silahlı hücum etmiş qadının intihar etdiyini bildirir.

Digər təfərrüatlar açıqlanmır.

***** 01.22

“YouTube” videoportalının mənzil-qərargahında atışma nəticəsində 4-5 nəfər yaralanıb. APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın “ABC Nеws” telekanalı məlumat yayıb.

Şirkət işçiləri 20-dək atəş səsi eşitdiklərini vurğulayırlar.

Hadisə yerinə həkim, polis və yanğınsöndürən briqadaları cəlb edilib.

“YouTube” videoportalının sahibi olan “Google” şirkəti insidentlə əlaqədar araşdırmalara başladığını bildirilib.

***** 00.51

Məşhur “YouTube” videoportalının ABŞ-ın Kaliforniya ştatında yerləşən mənzil-qərargahında atışma olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə sosial şəbəkələrdə şirkətin əməkdaşları bildirib.

Əməkdaşlar atışmanın intensiv olduğunu qeyd ediblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, şirkətin əməkdaşları binadan təxliyə edilib.

Daha bir şirkət işçisi atəş açan şəxsin intihar etdiyini bildirib.

Hadisə yerinə xüsusi təyinatlıların cəlb edildiyi qeyd olunur.

Qeyd edək ki, aprelin 2-də gecə saatlarında "Youtube"-nin fəaliyyətində problem yaranmışdı. Dünyanın bir çox ölkələrində bu sosial şəbəkənin fəaliyyəti dayanmışdı. "Youtube" ofisi sistemdə texniki nasazlıq olduğu və bunun aradan qaldırılması üçün iş aparılması barədə açıqlama yaymışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR