Yük avtomobillərini hissələrə bölüb satan şəxsə 9 illik həbs cəzası verilib

Yük avtomobillərini hissələrə bölüb satan şəxsə 9 illik həbs cəzası verilib
# 03 fevral 2017 12:01 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Qurbanov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il aprelin 28-də Azər Qurbanov Xırdalan şəhər sakini Aqil Şükürovu aldadıb və ona məxsus “MAN” və “MAZ” markalı avtomobilləri hissələrə bölərək satıb.

Azər Qurbanov satdığı avtomobillərin pulunu mənimsəyib.

A.Qurbanovun zərərçəkmiş şəxslərə ümumilikdə 100 min manatdan artıq ziyan vurduğu məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR